Manşet 22.08.2017 143

Siyəzən məktəbliləri yol hərəkətinin təhlükəsizliyi haqqında maarifləndiriliblər

Siyəzən, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC 
Siyəzən rayonunun təhsil müəssisələrində sentyabrın 10-dan oktyabrın 10-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi ilə əlaqədar məktəblilərlə maarifləndirici görüşlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Siyəzən Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin əməkdaşları Cəfər Cabbarlı adına 1 saylı tam orta və Mikayıl Müşfiq adına 2 saylı orta məktəbdə şagirdlərlə görüşüblər. Şagirdlərə hərəkətin təhlükəsizliyi aylığının mahiyyəti, yol nişanları barədə məlumat verilib və praktik məşğələlər təşkil edilib.
Görüşdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər söyləyiblər. Dövlət yol polisinin əməkdaşları uşaqları maraqlandıran suallara cavab verib, onları yollarda diqqətli olmağa səsləyiblər.

Video
Ən çox baxılanlar
Faydalı saytlar