Maraqlı məlumat 21.06.2019 50

Ani baxış...

A N İ  B A X I Ş
Ani baxışından qopan ildırım
Qəfildən qəlbimi yandırıb yaxır
Eşqimdə boynunu bükən arzular
Zəif iradəmdən boylanıb baxır.

O, ani baxışdan anlaram ki, mən
Sürməni eşqimə çəkə bilmərəm
Vüsalı gözümdən qoparıb gedən
Ani baxışlardan qaça bilmərəm.

Həsrətli qəlblərə pünhan bəxş edən
Ani bir baxışdan qaçardınmı, sən?
Ani baxışları toplasan necə,
Göz açıb, nur kimi, saçardınmı,sən?

  Rəhilə Əliheydərqızı( Teymurova)

Video
Ən çox baxılanlar
Faydalı saytlar