Maraqlı məlumat 16.01.2018 207

Yol polisinin “BMW"-ləri bu vəziyyətdə satışa çıxarılır – 5200 manata



Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320”lərin 7-sı satışa çıxarılıb

Fevralın 13-də hərraca çıxarılacaq avtomobillər açıqlanıb. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320” avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır. 2 “QAZ-31105” avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq. Bundan əlavə, Nazirliyinə aid "Mercedes Benz Daimler" mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, “Azəralüminium” ASC-yə aid "PAZ-4234" avtomobilin qiyməti isə 6300 manatdan başlayır. Daha ətraflı məlumat əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər. (Avtosfer.az)

Video
Ən çox baxılanlar
Faydalı saytlar